“Azərbaycanda qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma hallarının qarşısının alınması məqsədilə elektron idarəetmə sistemləri yaradılıb, elektron gömrük bəyannamələri qəbul edilib”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalislərə açıqlamasında Milli Məclisin bəzi üzvlərinin ölkəyə qanunsuz elektrik avadanlıqları idxalında iştirak etməsi ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.
“Son nəticədə böyük məlumat bazası yaradılıb və biz elektron ticarəti tam nəzarətə götürə bilmişik”, - deyə nazir əlavə edib.
Bizim.Media