Ramil Hüseyn: “Rusiyanın qadağası yeni bazar axtarışını sürətləndirəcək”

Xəbər verdiyimiz kimi Rusiya Azərbaycanın iki məhsuluna, pamidor və almanın ölkəsinə gətirilməsinə qadağa qoyub. Qadağanın səbəbi kimi Azərbycandan idxal olunan məhsullarda cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlandığı qeyd olunur.

Problemin ölkəmizin iqtisadiyyatına təsirləri olacaqmı? Hazırda vəziyyət necədir, problemin çözülməsi çox vaxt aparacaqmı?

Mövzunu Bizim.Media- ya şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini Ramil Hüseyn düşünür ki, Rusiyanın Azərbaycandan pomidor və alma idxalına qoyduğu qadağının qısa müddətli olacaq.

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycan məhsullarına embarqo qoyması ilə bağlı AÇIQLAMA

Rusiya yenə “pomidorla vurdu”

Ekspert bildirir ki, indiyə kimi bir neçə dəfə idxalçı ölkələrin Azərbaycanın ixrac məhsulları ilə bağlı iradları olub və qısa müddətdə həll edilib. Ona görə bunun da ümumi iqtisadiyyatı təsiri müzakirə ediləcək səviyyədə olmayacaq.

Ramil Hüseyn onu da bildirir ki, yaranmış hazırkı vəziyyət qarşıdakı müddətdə Azərbaycan məhsullarının ixracı üçün alternativ bazar axtarışının sürətləndirəcək. 

Rusiya olmazsa  Azərbaycan bu iki məhsulunu hansı ölkələrə  ixrac edə bilər sualına cavabı isə direktor müavini belə izah edib:

“Son illər Azərbaycandan Almaniya, Polşa, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Estoniya, Latviya, İraq,  Gürcüstan, Macarıstan kimi ölkələrə də az miqdarda da olsa pomidor ixracı reallaşdırılıb. Həmçinin ötən il Azərbaycandan Ukraynaya, İran, Qazaxıstana, Türkmənistana, Türkiyəyə, Malayziyaya alma ixrac olunub. Növbəti mərhələdə bu ölkələrə sözügedən məhsulların ixracının artırılması məsələsinə baxmaq lazımdır”.

Məlumat üçün qeyd edək ki, bu ilin 10 ayı ərzində Azərbaycandan Rusiyaya 173 milyon ABŞ dolları dəyərində 160 min ton pomidor və 21 milyon ABŞ dolları dəyərində 51 min ton alma ixrac olunub.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə də əlaqə saxladıq. Agentlikdən isə bildirdilər ki, AQTA rəhbərliyi Rusiyanın müvafiq qurumunun rəhbər şəxsləri arasında məsələ geniş şəkildə müzakirələr aparır. Problemin qısa vaxtda çözüləcəyinə ümid edilir.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

End of content

No more pages to load

RADİO