Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xalis maliyyə aktivlərini 740,1 milyon ABŞ dolları məbləğində artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Bildirilib ki, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 132,2 milyon dollar (74,6% az), portfel investisiyalarının 388,2 milyon dollar (1 il bundan əvvəl azalma olub), digər investisiyaların isə 219,7 milyon dollar artması (18,6 dəfə çox) təmin edib.
Bizim.Media