Azərbaycan və İran rəsmiləri Astaraçay üzərində körpünün və piyada keçidinin tikintisini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasında nəqliyyat sektorundakı məsələləri müzakirə etmək üçün İranın Astara şəhərinə səfər edib.
Bizim.Media