Azərbaycanda “Qarabağ” istiqrazları dövriyyəyə buraxılacaq.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycan hökumətində yeni bir mexanizmin tətbiqinə hazırlıq gedir:
“Bu mexanizm “Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı olacaq”.
Bizim.Media