Dünya bazarlarında neftin qiyməti artır. Mütəxəssislərin fikrincə, bu, koronavirusun yeni “Omikron” ştamı ilə bağlı narahatlıqların azalması fonunda baş verir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Prime" agentliyi yayıb.
Mənbə yazır ki, Bakı vaxtı ilə saat 09.12-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,83% bahalaşaraq, 1 bareli 73,69 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,09% artaraq, 1 bareli 70,25 ABŞ dolları təşkil edib.
Bizim.Media