Azərbaycan Britaniyaya razılıq verdi - "Vejnəli" yatağının istismarı...

Azərbaycan hökuməti ölkədə qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkətinin işçilərinə işğaldan azad olunan Zəngilan rayonuna giriş icazəsi verib.

Bu barədə Bizim.Media şirkətin yaydığı hesabata istinadən məlumat verir.

Bildirilir ki, şirkətin baş icraçı direktoru və prezidenti Reza Vəziri də daxil olmaqla şirkətin yüksək menecment üzvləri dekabrın əvvəlində "Vejnəli" müqavilə sahəsini, o cümlədən ərazidəki mövcud mədənləri qiymətləndirmək üçün Zəngilana səfər edəcəklər.

"Qiymətləndirmə zamanı mövcud ehtiyatlar tədqiq ediləcək və analiz üçün geoloji nümunələr toplanacaq. Bundan başqa, yeraltı mədənin hazırda əlçatan olan girişləri tədqiq ediləcək və onların yerləşdiyi yerlərin GPS xəritəsi aparılacaq.

Bundan başqa, həyata keçiriləcək işlərə işçilərin müqavilə ərazisində yerləşməsini təmin etmək üçün tələb olunan təmir və digər işlərin səviyyəsini müəyyən etmək üçün mövcud düşərgə obyektləri yoxlanılacaq və şərtlər icazə verərsə, yeraltı mədənin yoxlanılması da planlaşdırılır.

Bu qiymətləndirmə aktivin inkişafının ilk mərhələsidir. Şirkət yaxın gələcəkdə "Vejnali" yatağından filizin kəşfiyyatı və emalına başlamağı ümid edir və qiymətləndirmə başa çatdıqdan sonra səhmdarlara bu barədə məlumat veriləcək", - məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycan hökuməti Ermənistanla münaqişənin başa çatmasından sonra Zəngilan rayonunun sürətli iqtisadi və infrastrukturunun inkişafı ilə məşğuldur.

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan beynəlxalq hava limanının tikintisi davam etdirilir və bu yaxınlarda rayonda elektrik yarımstansiyası istifadəyə verilib.

Qeyd edək ki, "Vejnəli" müqavilə sahəsi Cənubi Qərbi Azərbaycanın Zəngilan rayonunda yerləşən təxminən 300 kvadrat kilometr ərazini əhatə edir. Burada erməni işğalı zamanı əvvəllər mədən işlərinə məruz qalmış "Vejnəli" yatağı var.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur.

Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir.

Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

DİM sabah imtahan keçirəcək

DİM sabah imtahan keçirəcək

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

11 günlük tətil bitdi - Dərslər başladı

11 günlük tətil bitdi - Dərslər başladı

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Palm Beach hava limanına Donald Trampın adı verilir

Palm Beach hava limanına Donald Trampın adı verilir

Evində maşını olanların NƏZƏRİNƏ

Evində maşını olanların NƏZƏRİNƏ

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

End of content

No more pages to load

RADİO