“Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb”.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında məlumat verib.
“Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb”, - deyə nazir vurğulayıb.
Bizim.Media