""Ağdam" və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına böyük maraq göstərilir".
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar nazirliyə 10 layihə təqdim edib.
"Onların ilkin investisiya dəyəri 40 milyon manata yaxındır. Hazırda layihələr dəyərləndirilir", - deyə nazir qeyd edib.
Bizim.Media