"YAŞAT" Fonduna ediləcək ianələrin "Hökumət Ödəniş Portalı" vasitəsilə qəbulu imkanı yaradılıb.
Azərbaycan Mərkəzi Bankından Bizim.Media-ya verilən məlumata görə, hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan “Azərpoçt” MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunan filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (//gpp.az/yasat) və mobil tətbiqindən ("Android" və "iOS" platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
Bizim.Media