Mayda qiymətlər necə dəyişib?

2014-cü ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında rəsmi məlumat yayılıb. Dövlət Statistika Komitəsi bildirir ki, ərzaq məhsullarının qiymətləri 1,9 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə 0,8 faiz ucuzlaşma qeydə alınıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın, şəkər tozunun qiymətlərində azalma, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində isə artım müşahidə olunub.

May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,8 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1 faiz azalıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3 faiz artıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

Başqa bir məlumata görə, may ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən mədən sənayesi üzrə istehsalçı qiymətləri 2,7 faiz artıb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalıb.

“Media forum” saytı bildirir ki, Dövlət Statistika Komitəsi nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında da rəsmi məlumat yayıb. Statistikaya görə, may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi

Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi

Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Məşhur türk serialları yayımlanmayacaq

Məşhur türk serialları yayımlanmayacaq

Fədayə Tacirin adını göməzdən gəldi - VİDEO

Fədayə Tacirin adını göməzdən gəldi - VİDEO

Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Qızı ilə foto paylaşıb bunları yazdı

Qızı ilə foto paylaşıb bunları yazdı

Müflis olmuş bankın aktivlərinin satışı daha 5 il ƏDV-dən azad edilib

Müflis olmuş bankın aktivlərinin satışı daha 5 il ƏDV-dən azad edilib

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Bu il 500 min ev sənədləşdiriləcək

Bu il 500 min ev sənədləşdiriləcək

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

"Disney"ə milyardlarla dollar qazandırdı

"Disney"ə milyardlarla dollar qazandırdı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Tovuzda göldən qadın meyiti TAPILDI

Tovuzda göldən qadın meyiti TAPILDI

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

End of content

No more pages to load

RADİO