Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyanla Ankarada görüşüb. Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçiriblər.
Bizim.Media xatırladır ki, əldə edilən razılaşmaya görə BƏƏ gələn ay ərzində Türkiyə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyacaq.
Qeyd edək ki, BƏƏ-nin vəliəhd şahzadəsi son 10 ildə ilk dəfədir Ankaraya səfər edir.
BƏƏ və Türkiyənin münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəlməsindən sonra bu səfər dönüş nöqtəsi sayılır.
Bizim.Media