2021-ci il oktyabrın 1-inə olan statistikaya əsasən, 52,5 min aztəminatlı ailənin 225,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 61 manat 78 qəpik təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 298,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.
Bizim.Media