Azərbaycanın Türkiyədən quru çay idxal etməsi ilə bağlı iki ölkənin şirkətləri arasında müqavilə imzalanıb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin çayçılıq müəssisələrini birləşdirən "Çaykur"un baş direktoru Yusuf Ziya Alim məlumat verib.
"Azərbaycanlı qardaşlarımızla türk çayını bir araya gətirməkdən xoşbəxtik”, - deyən Y.Z.Alim əlavə edib ki, müqavilə Azərbaycanda 1 000-ə yaxın satış nöqtəsi olan şirkətlərdən biri ilə bağlanılıb.
Bizim.Media