Dünən rekord səviyyədə ucuzlaşan Türkiyənin milli valyutası üzərində təzyiqlər bu gün də davam edir.
Bizim.Media xəbər verir ki, səhər saatlarından 12,82 lirə səviyyəsinə düşən dollar yenidən bahalaşaraq 13 lirəni keçib.
Qeyd edək ki, dünən Türkiyədə dollar 13,4539 lirəyə qalxaraq, tarixi maksimum səviyyəyə çatıb.
Hökumətin atdığı addımlar isə hələ ki, təsirsiz görünür. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının açıqlamasında, bankın dalğalı rejimdə məzənnə öhdəliyinin olmadığı qeyd olunub.
Bizim.Media