“Hazırda Rusiyanın bəzi ixrac məhsullarımıza qoyduğu müvəqqəti qadağa ilə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi Aysel Fərziyeva Bizim.Media-ya açıqlamasında belə deyib.
Xatırladaq ki, Rusiya Azərbaycandan pomidor və alma idxalına 10 dekabr 2020-ci il tarixdən etibarən müvəqqəti məhdudiyyətlər qoyulmasına qərar verib.
“Rosselxoznadzor” tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bu barədə xəbərdarlıq edilib. Səbəb kimi Azərbaycan məhsullarında şərq güvəsinin (Grapholita molesta (Busck) aşakarlandığı göstərilib.
Bizim.Media