Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan "Viaduk" müvəqqəti saxlanc anbarına daxil olan 17,2 ton pomidora baxış keçirib və onun ölkə ərazisinə gətirilməsinə icazə verməyib.
Bizim.Media "Rosselxoznadzor"a istinadən xəbər verir ki, qurum pomidorlarda Pepino mosaic virusu aşkar edib.
Mallar Azərbaycana geri qaytarılıb.
Bizim.Media