Azərbaycanda bu günədək 49 548 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti xəbər yayıb.
Məlumata görə, NKA-lardan istifadə daha şəffaf hesablaşmaların aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2021-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 12,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.
Bizim.Media