“2021-ci ilin yanvar-sentyabr ayları üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 36,5 mlrd. manatdan çox olub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.
Onun sözlərinə görə, bu müddətdə qeyri neft sənayesi 19,6%, qeyri-neft emal sənayesi isə 24,7% artıb.
Bizim.Media