Şuşa şəhərinin baş planının hazırlanmasında Britaniya şirkəti iştirak edir.
Bizim.Media “Qafqaz bürosu” Telegram kanalına istinadən xəbər verir ki, bu fikirləri Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkman səsləndirib.
“Böyük Britaniya Azərbaycanla əlaqələri daha da inkişaf etdirəcək. 600-ə yaxın Britaniya şirkəti Azərbaycan iqtisadiyyatına sərmayə qoyub”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, Aİ-dən çıxmaq Londona dünya ilə, o cümlədən Azərbaycanla daha sərbəst əlaqələr qurmağa imkan verib.
Bob Bləkman əlavə edib ki, Şuşa şəhərinin baş planının hazırlanmasına Britaniya şirkəti də qoşulub.
Bizim.Media