“Vergi Məcəlləsinə dəyişikliklər edilməklə gələn il 50 milyon manat vergi ödəyicilərinə güzəştlərin verilməsi nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Dövlət başçısı tərəfindən 5 prioritet müəyyən edilib. Biz də onları inkişaf etdirməliyik”, - nazir vurğulayıb.
Bizim.Media