“Türkdilli dövlətlərin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməyə böyük maraqları var”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.
“Bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəyi ölkəmiz tərəfindən yüksək qiymətləndirilir”, - deyə nazir əlavə edib.
Bizim.Media