“Elektron sənədləşmə ilə bağlı vahid sistem yaradılır. Bütün dövlət qurumlarının həmin sistemə çıxışı da olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin bugünkü iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Bu baxımdan dövlət qurumlarının əlavə vəsait xərcləməsinə ehtiyac qalmır”, - deyə nazir vurğulayıb.
Bizim.Media