"Biz büdcə proqnozlarını tərtib edərkən neftin müəyyən qiymətini nəzərdə tutmuşduq. Hazırda 9 ayın orta çəkili qiyməti, təxminən, büdcə proqnozunda nəzərdə tutulan qiymətdən 28 dollar artıqdır".
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Nazir neftin qiymət artımının davam etdiyini diqqətə çatdırıb.
Bizim.Media