“Büdcə gəlirlərinin əsasını yenə də neft amili təşkil edib. Bu indiki mərhələdə riskləri kifayət qədər artıracaq”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.
Deputat hesab edir ki, Milli Məclisin büdcəyə nəzarətinin gücləndirilməsi üçün ciddi tədbirlər görülməlidir. O qeyd edib ki, Büdcə Məcəlləsinin qəbul edilməsinə ehtiyac var.
Bizim.Media