Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi keçirilir.
Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev növbəti il pensiyaların artırılacağını diqqətə çatdırıb.
"Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatmasını gözləyirik. Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik.
Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq", - deyə nazir bildirib.
Bizim.Media