2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Samir Şərifov son 5 ildə səhiyyə üzrə xərclərin ümümdaxili məhsulda (ÜDM) payının artdığını bildirib:
“Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 %-i icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Eyni zamanda gələn ildə koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb”.
Bizim.Media