2022-ci il dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən xərclərində 1 milyard 590,3 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində yer alıb.
Əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 518,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün 110,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Xatirə, Bizim.Media