Gələn il büdcəyə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) üzrə daxilolmaların artrılması nəzərdə tutulur.
Bizim.Media "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsinə istinadən xəbər verir ki, DGK-dan daxilolmaların həcmi ÜDM-in 4,9 faizi həcmində olmaqla 4 milyard 260 milyon manat nəzərdə tutulur.
Bu isə 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 360,0 milyon manat və ya 9,2 faiz, bu ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 95,0 milyon manat və ya 2,3 faiz çoxdur.
Xatirə, Bizim.Media