Gələn il Azərbaycanın dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə (KİV) 51,9 milyon manat subsidiya ayrılacaq.
Bizim.Media xəbər verir ki, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsinə görə, həmin vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin və digər KİV-lərin fəaliyyətinin təmin edilməsinə yönəldiləcək.
Bizim.Media