Artıq “Azərişıq” ASC işğaldan azad edilən Kəlbəcər rayonunda işlərini yekunlaşdırmaq üzrədir.
Bizim.Media xəbər verir ki, qurumdan görülən işlərlə bağlı bağlı yeni fotolar yayılıb.
Görüntülərdə yol kənarlarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq kabellərin çəkildiyi əks olunub. Həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.
Məlumata görə, “Azərişıq” Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.
Bizim.Media