Azərbaycan və BƏƏ arasında bir sıra sənədlər imzalanıb - FOTO

İqtisadiyyat naziri, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dubay şəhərində səfərdədir.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nümayəndə heyətinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev, energetika nazirinin müavini Kamal Abbasov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov,Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar daxildir.
 

Səfər çərçivəsində M.Cabbarovla BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib. Azərbaycanlı nazir səfərin BƏƏ üçün əlamətdar dövrə təsadüf etdiyini qeyd edib, qarşı tərəfi 3 noyabr Bayraq Günü münasibətilə təbrik edib.


M.Cabbarov ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb. O, qeyd edib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır. Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyi və Dubayda “Azərbaycan Ticarət Evi” işgüzar əlaqələrin inkişafı üçün səmərəli platformalardır.

Azərbaycanın “Dubay EXPO 2020” ümumdünya sərgisində təmsil olunması da yeni biznes tərəfdaşlığına və investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Görüşdə həmçinin, Azərbaycan iqtisadiyyatı, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb
 

.MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarov Dubayda bu sahələrlə bağlı MÜZAKİRƏ APARDI - FOTO


A.B.T.A.Marri ölkəsində Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.

Səfər çərçivəsində Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

İclasda M.Cabbarov qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əməkdaşlığının beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf etdiyini, qarşılıqlı dəstəyə əsaslandığını bildirib və regional inkişafda rolunu vurğulayıb.

İqtisadiyyat naziri ticarət və investisiya əməkdaşlığının əsas istiqamətlərdən olduğunu, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb. Tədbirdə ticarət əlaqələrinin şaxələndirilməsinin önəmi, Azərbaycanın qeyri-neft məhsullarının BƏƏ bazarlarına çıxarılması imkanlarının daha geniş olduğu vurğulanıb. Ölkəmizin BƏƏ-də təşkil edilən sərgilərdə, investisiya forumlarında fəal iştirakı yerli məhsullarımızın BƏƏ bazarlarında təşviqini genişləndirir. Azərbaycan şirkətlərinin “Dubay EXPO 2020” sərgisində iştirakı məhsullarımızın, ölkəmizin investisiya imkanlarının tanıdılmasında xüsusilə əhəmiyyətlidir.

BƏƏ iş adamları da Azərbaycanın əlverişli biznes mühitindən faydalanır, nəqliyyat, ticarət, sənaye, kənd təsərrüfatı, xidmət və s. sahələrdə fəaliyyət göstərirlər.

İclasda ölkəmizin investisiya cəlbediciliyi barədə məlumat verilib, Azərbaycan və BƏƏ arasında bərpa olunan enerji, sənaye, turizm, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, kiçik və orta biznesin inkişafı, ərzaq təhlükəziliyi və digər sahələrdə əməkdaşlıq imkanlarının böyük olduğu qeyd edilib.

M.Cabbarov torpaqlarımızın işğaldan azad olunmasının yeni reallıqlar və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar yaratdığını vurğulayaraq, bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işləri, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradıldığını, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başladığını diqqətə çatdırıb.

Vurğulanıb ki, sənaye, kənd təsərrüfatı, enerji, tranzit, turizm sahələrində böyük resurslara malik Qarabağ bölgəsində tərəfdaşlıq qarşılıqlı faydalı əməkdaşlığımıza əlavə stimul verə bilər.

A.B.T.A.Marri ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, “Dubay EXPO 2020” sərgisinin yaratdığı imkanlar barədə məlumat verib, Azərbaycanın sərgidə təmsil olunmasından məmnunluğunu ifadə edib.

Tədbirdə tərəflər iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.
 

İclasın sonunda yekun Protokol imzalanıb. Sənəddə ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.


Komissiyanın iclası çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd ikitərəfli ticarət və biznes şəbəkələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Azərbaycan nümayəndə heyəti BƏƏ-yə səfəri çərçivəsində bu ölkənin 4-cü Sənaye İnqilabı Mərkəzində olub. Vurğulanıb ki, Dördüncü Sənaye İnqilabının çağırışlarına sürətlə və çevik uyğunlaşma qabaqcıl texnologiyaların sürətlə mənimsənilməsinin, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi baxımından xüsusilə əhəmiyyətlidir.
 

Azərbaycanda da bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb və hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əlaqələr üçün perspektivlər açır.


Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumunun BƏƏ-dəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən qurumu “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı ehtiva edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

End of content

No more pages to load

RADİO