Koronavirusun “çao” ştammı nə vaxt gələcək? – Restoran və kafelərdə itirilən MİLYONLAR 

Təkcə 2007-ci ildən 2017-yə qədər Azərbaycanda restoran və kafelərin sayı 2,3 dəfə artıb.

Həmin il ölkədə 17 min 300-ə yaxın kafe-restoran olub. 2016-cı ildə ölkədə 1 653, 2015-ci ildə isə 1800 yeni restoranın fəaliyyətə başladığını nəzərə alsaq, 2021-ə qədər bu rəqəmlərin iki dəfə artdığını təxmin etmək olar. 

Bizim.Media xəbər verir ki, sadalanan artım tempi ilə rəqəmlərin 20 mini keçdiyini söyləmək olar. 

Azərbaycanda ən çox restoranlar Bakı, Sumqayıt və Abşerondadır. Paytaxt əhalisi və qonaqlarına 10 minə yaxın restoran xidmət göstərir. 4 il əvvəlin statistikasına görə isə bölgələrdə ən çox restoranlar Gəncədə (366), Lənkəranda (358), Xaçmazda (350), Şəkidə (322), Qubada (287), Masallıda (261), Yevlaxdadır (258).
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Mu” ştammına neçə nəfər YOLUXUB? – Rəsmi CAVAB


Ölkənin məşhur turizm və əyləncə bölgəsi sayılan Qəbələdə 251, Göyçayda 242, Tovuzda 235, Zaqatalada 224, Şəmkirdə isə 219 restoran fəaliyyət göstərir. Qusar, Şamaxı və İsmayıllıda isə müvafiq olaraq  217, 191 və 170 restoran var.

Siyahını müxtəli karaoke klub, pab, barlarla artırmaq olar. Əlbəttə ki, çayxanaları da unutmaq lazım deyil. Miqyas, yer tutumu, menyu qiymətlərinə görə hər birinin sutkalıq qazancı da fərqlənir.

Sözügedən obyektlərin əsasən nahar və axşamdan sonra, gecə saatlarında ziyarət olunduğu reallığı ilə demək olar ki, onların sutkalıq 200 manat qazancının yarısı gecə 12-dən sonranın payına düşür. Amma 2020-ci il sentyabrın 8-dən Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarı qüvvəyə minib.

Həmin qərara görə, yoluxmaların qarşısını almaq üçün iaşə obyektləri gecə 12-yə qədər fəaliyyət göstərə bilərdi. 1 ildən çoxdur ki, qərar hələ də qüvvədə qalıb. 
 

Statistikanın bir hissəsi şadlıq evlərinin payına düşdüyü üçün təxmini 10 min iaşə obyektinin analizini aparacağıq. 10 min məkanın bir sutkada azı 200 manat qazancdan məhrum olması sektorun ümumilikdə 2 milyon manat qazanc itirməsidir.


Bu isə aya 60 milyon manat edir. Kafe-restoranlar ümumilikdə bir il ərzində minimum 720 milyon pul itiriblər. Bu isə dövlətin də vergidən gələn külli miqdarda gəlirdən məhrum olmasıdır. Qadağaya görə, azı 14 milyon 400 min manat pul dövlət büdcəsinə daxil olmayıb.

Eyni zamanda ən azı 100 minə yaxın insan işsiz qalıb. Təbii ki, bunlar barmaq hesabı aparılan analizdir. Gerçəkdə bu rəqəmlər bir neçə dəfə arta bilər. Amma etiraf etmək lazımdır ki, ötən il iaşə obyektlərinə qoyulan məhdudiyyətlər əsaslı olub.

Hazırda isə hansısa obyektin səhərəcən fəaliyyət göstərə bilməməsi müəmmalıdır və çox adama gülünc görünür:

Çünki:

1. Koronavirusa əsas yoluxma mənbələrindən olan ictimai nəqliyyat (avtobus-metro) gecə 12-dən sonra çalışmır. Yəni, basabas olmur.

2. Bütün qapalı məkanlarda, restoran, kafe, çayxana, bar, karokelərdə koronavirus pasportu tələb olunur. Bu isə peyvəndlənməmiş isanların həmin obyektlərə daxil ola bilməməsi deməkdir ki, yoluxma riski də minimuma enir.

Qadağadanın hələ də qüvvədə qalmasının mənasız olduğunu deyən bəzi ictimai fəallar, bunu ÜST-ün xüsusi tapşırığı adlandırır.
 

İzahı isə belə verilir ki, hər iki mərhələ vaksinasiya, buster doza, yaxud 3 və 4-cü mərhələ peyvəndlənmə də aparılandan sonra pandemiyadan qabaqkı həyata qayıtmaq olacaq. Hadisələri Çinin Uhanından bəri araşıdıran jurnalistlərin təbirincə desək:


“Təxminən fevralda koronavirusun “çao” ştammı çıxacaq və mayda pandemiya ilə vidalaşacağıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada SEL bəndi yudu – VİDEO

Zaqatalada SEL bəndi yudu – VİDEO

Şəhidin qardaşı qəzaya DÜŞDÜ – FOTO

Şəhidin qardaşı qəzaya DÜŞDÜ – FOTO

Qiymət artımı bu avtobuslara şamil EDİLMƏYƏCƏK

Qiymət artımı bu avtobuslara şamil EDİLMƏYƏCƏK

Ləzə kəndinə təhlükə yaradan palçıq axını - Helikopterdən lentə alınan GÖRÜNTÜLƏR/ÖZƏL

Ləzə kəndinə təhlükə yaradan palçıq axını - Helikopterdən lentə alınan GÖRÜNTÜLƏR/ÖZƏL

Ağcabədidə ağır qəza - Hərbçi xəsarət aldı

Ağcabədidə ağır qəza - Hərbçi xəsarət aldı

Payızdan zövq alacağınız 5 yer

Payızdan zövq alacağınız 5 yer

SON DƏQİQƏ! Azərbaycanda avtobus və metroda gedişhaqqı ARTDI - RƏSMİ

SON DƏQİQƏ! Azərbaycanda avtobus və metroda gedişhaqqı ARTDI - RƏSMİ

Şair Əlisəmid Kürün SON DURUMU

Şair Əlisəmid Kürün SON DURUMU

McDonald’s məhsullarının istehsal prosesi ilə tanışlıq – Azprotein Food’s Group - da mediatur – FOTO

McDonald’s məhsullarının istehsal prosesi ilə tanışlıq – Azprotein Food’s Group - da mediatur – FOTO

Yolda qalan nasaz avtomobillər ağır qəzalara səbəb oldu – ANBAAN VİDEO

Yolda qalan nasaz avtomobillər ağır qəzalara səbəb oldu – ANBAAN VİDEO

Ukrayna PUA-ları Moskva vilayətinə hücum etdi – ÖLƏNLƏR VAR - VİDEO

Ukrayna PUA-ları Moskva vilayətinə hücum etdi – ÖLƏNLƏR VAR - VİDEO

FHN əməliyyat görüntüləri yaydı – ANBAAN VİDEO

FHN əməliyyat görüntüləri yaydı – ANBAAN VİDEO

Nazirlikdən Ağdərədə yaşayan sakinlərə XƏBƏRDARLIQ - VİDEO

Nazirlikdən Ağdərədə yaşayan sakinlərə XƏBƏRDARLIQ - VİDEO

Bakıda “BMW” hasara çırpıldı - Ölən var

Bakıda “BMW” hasara çırpıldı - Ölən var

Qızıl 32 dollar bahalaşdı

Qızıl 32 dollar bahalaşdı

Bu ərazilərdə yağış yağıb - FAKTİKİ HAVA

Bu ərazilərdə yağış yağıb - FAKTİKİ HAVA

“Turkish Airlines"in təyyarəsi Rumıniyada dron təhlükəsi ilə ÜZLƏŞİB?

“Turkish Airlines"in təyyarəsi Rumıniyada dron təhlükəsi ilə ÜZLƏŞİB?

Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

Yağ əvəzinə bunu etsəniz, yumurta qızartması ideal alınacaq

Yağ əvəzinə bunu etsəniz, yumurta qızartması ideal alınacaq

Qəzza zolağında artıq bu şəhər mövcud deyil – ŞOK FOTO

Qəzza zolağında artıq bu şəhər mövcud deyil – ŞOK FOTO

DİQQƏT: Dələduzluğun yeni növü yayılıb - VİDEO

DİQQƏT: Dələduzluğun yeni növü yayılıb - VİDEO

Üzgüçümüz III MDB Oyunlarında medal qazandı

Üzgüçümüz III MDB Oyunlarında medal qazandı

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri –II HİSSƏ

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri –II HİSSƏ

Ara Abramyan Moskvada tarixi malikanəni belə məhv edir - Cinayət işi açıldı – FOTO/VİDEO

Ara Abramyan Moskvada tarixi malikanəni belə məhv edir - Cinayət işi açıldı – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO