“Burger King” fast food şəbəkəsi ABŞ-lı müştərilərinə kriptovalyuta hədiyyə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Coindesk” resursu məlumat yayıb.
Məşhur fast food şəbəkəsi onlayn çatdırılma platforması olan “Robinhood” ilə birgə “Royal Perks” loyallıq proqramına qoşulub.
Ümumilikdə, restoran 20 “Bitcoin”, 200 “Ethereum” və iki milyon “Dogecoin” hədiyyə etməyə hazırdır. Proqram üç həftə davam edəcək. Kampaniyada ABŞ-da “Burger King” tətbiqinə 5 dollardan çox pul xərcləyən müştərilər iştirak edə bilər.
Xatirə, Bizim.Media