Rayonlarımız niyə dotasiya ilə yaşayır? – ƏSAS SƏBƏBLƏR – İqtisadçı Elman Sadıqovdan TƏHLİL

“Rayonların büdcədən asılılığının aradan qaldırılması təklifi 2-3 il bundan əvvəl səsləndirdiyim və təşəbbüs etdiyim fikirlərdən biri idi. Təəssüf ki, o zamanlar ölkəmizdə Bakı və Abşerondan başqa bütün rayonlar büdcədən dotasiya alırdılar. Yalnız İmişli xaric. Belə ki, İmişli rayonunun gəlirləri xərclərini tam şəkildə ödəyirdi. Bütün rayonlarda vəziyyətin bu cür olması zəruridir”.

Bu fikirləri iqtisadçı-ekspert Elman Sadıqov rayonların dövlət büdcəsindən asılılığının aradan qaldırılması üçün görülməli olan tədbirləri Bizim.Media üçün özəl təhlil edərkən qeyd edib.

Ekspertin fikrincə, regional inkişaf üçün öz-özünəü maliyyələşdirmə prinsipinin tətbiqi vacib şərtdir: 

“Dünya təcrübəsində, məsələn Türkiyədəki ilçələrin, Rusiyadakı vilayətlərin hər biri, o cümlədən dövlət təşkilatları öz-özünü maliyyələşdirmək prinsipi ilə fəaliyyət göstərir. Belə olan halda isə, rifah səviyyəsi artmış olur. Ona görə ki, hər bir bölgə özünü inkişaf etdirmək üçün müəyyən yollar axtarır. Bu isə müsbət mənada rəqabətin artmasına, investisiyaların cəlb olunmasına, sahibkarlara şərait yaradılmasına və yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Eyni zamanda hər bir rayon rəhbərliyi bu cür situasiyada iqtisadi sektora daha çox önəm verir”. 

İqtisadçı rayonların rifah halının yaxşılaşması və büdcədən asılılığının aradan qaldırılması üçün görülməli olan tədbirləri bu cür təsnif edib:

1. Hər bir rayonun rifah halının yaxşılaşması üçün, investisiyaların cəlb olunması, sahibkarlığın inkişafı və iş yerlərinin yaradılması lazımdır. Yəni, sahibkarların sayı və çeşidi nə qədər çox olarsa müxtəlif sahələrə nə qədər investisiya cəlb olunarsa bu risklərin diversifikasiyasıdır. Ona görə ki, rayon bir-iki sahibkardan asılı olmamalıdır. Bundan əlavə hər bir rayonda orta və böyük sahibkarlığın da inkişafı vacibdir. Belə ki, hər bir rayonda bir böyük müəssisənin olması yaxşı olardı. Bu cür tədbirlərin görülməsi isə, rayonların büdcələrinə daxilolmaları daha da artıracaq və həmin bölgənin öz xərclərini ödəməsinə imkan yaranacaq. 

2. Görülən işlərin davamlılığının təmin olunması şərtdir. Eyni zamanda bu prosesin ciddi şəkildə təhlil olunması vacibdir. Yəni, hər hansı rayon özü-özünü maliyyələşdirə bilmirsə bunun səbəbləri araşdırılmalıdır. Çünki hər bir rayonunun spesifik xüsusiyyəti və imkanları var. Kürdəmirlə Şəkinin və ya Şamaxının imkanları təbii ki, fərqlidir. Hər bir rayonun özünün imkanları dəyərləndirməli və orada həmin imkana uyğun müəssisələr yaradılmalıdır. 

3. İcra hakimlərinin özlərinin təşəbbüskarlığı da mühüm əhəmiyyətə malikdir. Yalnız mərkəzdən gələn direktiv və göstərişlər gözləmək əvəzinə, həm də rayonun iqtisadi vəziyyətinin yaxşılaşdırılması və əhalinin rifahının artırılması üçün ard-arda təşəbbüslər verilməlidir. Düşünürəm ki, dotasiya məsələsinin özü rayon rəhbərliyini təşəbbüskarlığa sövq edir.

4. Digər önəmli məqam isə bundan ibarətdir ki, icra hakimiyyətlərində formal şəkildə yox, sözün həqiqi mənasında güclü iqtisadçılar olmalıdır. Belə ki, həmin iqtisadçıların rayonun spesifik xüsusiyyətlərini, ölkənin makroiqtisadiyyatını bilən və dünyadakı proseslərdən ən azı xəbərdar olması vacibdir. Bu iqtisadçıların səlahiyyətlərinin olması da mühüm əhəmiyyət kəsb edir. Yaxşı olardı ki, bütün icra hakimlərinin müavinlərindən biri iqtisadçı olsun. Çünki hər bir rayonda, yalnızca icraçı deyil, təşəbbüskar, qlobal düşüncəli və yaradıcı iqtisadçılara ehtiyac var. 

Elman Sadıqov, rayonların büdcədən asılılığına son qoyulması məsələsində dünya təcrübəsindən də danışıb:
 

“Bütün dünyada yerli özünüidaretmə orqanları iqtisadi məsələlərin həllində səlahiyyətlərə sahibdirlər.


Ələxsus da, rayonların büdcəsinin müəyyənləşdirilməsində, yerli idarəetmə rəhbərlərinin mühüm rolu olur və onlar konkret təhlillər apararaq, təşəbbüslər verir, eyni zamanda investisiya proqramları hazırlayaraq sahibkarların cəlb olunmasına çalışırlar. Belə olan halda isə, sahibkarın və özəl sektora qarşı dəyişən münasibət rayon rəhbərliyinin sahibkarlığa əlindən gələn yardımın edilməsi ilə nəticələnir. Doğrudur bu təcrübənin ölkəmizdə tətbiqi, ilk illərdə bir qədər çətin ola bilər. Lakin hər bir rayon rəhbərliyi tərəfindən düzgün təhillər və analizlər aparılaraq, təkliflər verilsə və rayon öz xərclərini təmin edə bilmirsə, bunun səbəbləri araşdırılaraq, ortaya müəyyən sənədlər və proqnozlar qoyularsa bu, gələcək inkişaf üçün önəmli rol oynaya bilər”.

Murad Əhmədov, Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

End of content

No more pages to load

RADİO