2021-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 36 ölkəsinə 32,3 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Bizim.Media xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.
Sentyabr ayında ASC dünyanın 26 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində 9,6 milyon dollar ilə ABŞ, 7,2 milyon dollar ilə Fransa, 6,6 milyon dollarla Birləşmiş Krallıq, 3,7 milyon dollarla Malayziya və 1,3 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.
Xatirə, Bizim.Media