2021-ci ilin yanvar- sentyabr aylarında magistral qaz kəmərləri ilə 25 milyard 421,4 milyon kub-metr qaz nəql edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,2 faiz artım müşahidə olunub.
Qaz nəqlinin 50 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmər vasitəsilə 12 milyard 707,4 milyon kub-metr qaz ötürülüb.
Xatirə, Bizim.Media