Azərbaycanlı iş adamı Vahid Ələkbərovun sahib olduğu Rusiyanın aparıcı neft şirkəti - “Lukoil”un səhmlərinin qiyməti ilk dəfə 7 500 rublu (təxminən 108 ABŞ dolları) keçib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Moskva Fond Birjasında ticarətin gedişatında səhmlərin qiyməti 7 517 rubla çatıb.
Qiymətli kağızların bahalaşması dünya bazarında neftin qiymətinin artması fonunda baş verir.
Əmtəə birjalarında gələn ilin yanvar ayında çatdırılmaq şərtilə “Brent” markalı "qara qızıl"ın fyuçers qiymətləri 85 dollar/barel üzərində qərarlaşıb.
Bizim.Media