Bu il Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 52,6 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.
Məlumata görə, bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 23,5 % çoxdur. Sənədə əsasən, bu göstərici 2022-ci ildə artaraq 54,7 milyard ABŞ dollara çatması gözlənilir.
Bizim.Media