Maliyyə Nazirliyi kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, yerli vergi qanunvericiliyi, o cümlədən həmin standartlara uyğun olaraq mühasibat uçotunun aparılması qaydaları əsasında mühasibat uçotunun aparılması üçün podratçı seçir.
Bizim.Media xəbər verir ki, seçim açıq tender üsulu ilə keçiriləcək.
Tenderin şərtlərinə görə, maliyyə, vergi və digər hesabatların tərtibi üzrə mühasibat uçotu subyektləri üçün proqram təminatının birinci mərhələsinin (proqram təminatının əsas funksional modullar sisteminin hazırlanması, sistemin arxitekturasının yaradılması və serverlərin sazlanması) hazırlanması üçün podratçı seçilir.
Tenderin dəyəri 3 milyon manat həcmində qiymətləndirilir.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Şirkətlərdən tender təklifləri 25 oktyabr saat 11:00-dək həyata keçirilir. Tender 26 oktyabr saat 11:00-da baş keçiriləcək.
Əlaqə telefonu: (99412) 404-46-99 (daxili - 519).
Əlaqələndirici şəxs – Arif Şixəliyev.
Bizim.Media