Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, doqquz ayda Rusiyaya 586,5 milyon dollar, Türkiyəyə 455 milyon ABŞ dolları, İsveçrəyə 174 milyon dollar, Gürcüstana 120,4 milyon dollar, ABŞ-a isə 54,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Bizim.Media