Yanvar-sentyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanın doqquz ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Xorvatiya olub.
İtaliyaya ixrac olunan məhsulların dəyəri 5 milyard 646,7 milyon ABŞ dolları, İspaniyaya 558,2 milyon dollar, Xorvatiyaya isə 547,8 milyon dollar təşkil edib.
Bizim.Media