Bu gün Mərkəzi Bankın valyuta hərracı keçirilib.
Bizim.Media Banka istinadən xəbər verir ki, Dövlət Neft Fondunun iştirakı ilə keçirilən növbəti valyuta hərracında tələb 64,6 mln. ABŞ dolları təşkil edib və bu tələb tam təmin edilib.
Bu gün eyni zamanda Dövlət Neft Fondunun sentyabr ayı ərzində satdığı valyutanın həcmi açıqlanıb.
Fondun məlumatına görə, ötən ay ərzində 565,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Xatirə, Bizim.Media