Dünən dollar qarşısında rekord səviyyədə dəyəri düşən Türkiyə lirəsi bu günə cüzi artımla başlayıb.
Bizim.Media xəbər verir ki, səhər saatlarında qardaş ölkədə dolların məzənnəsi 9,01 lirə olub.
Dünən günün sonlarında isə dollar 9,02 lirədən təklif olunurdu ki, bu da Türkiyə lirəsinin rekord enişi kimi qeydə alınıb.
Qeyd edək ki, Türkiyə lirəsinin dollar qarşısında dəyər itirməsi əsasən ölkənin Mərkəzi Bankının milli valyutanın faiz dərəcəsini azaltma qərarı ilə əlaqələndirilir. Eləcə də dolların dünya bazarlarında möhkəmlənmə prosesinin də dollar-lirə məzənnəsinə təsir etdiyi qeyd olunur.
Xatirə, Bizim.Media