Salvadorda “bitcoin” hesablarının sayı şəxsi bank hesablarının sayını keçib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölkədə hökumət tərəfindən “Chivo” adlı rəqəmsal cüzdan yaradılıb.
Salvador Prezidenti Nayib Bukel əhalinin 46 faizinin həmin pulqabını yüklədiyi açıqlayıb. Halbuki cəmi 29 faiz salvadorlunun bank hesabı mövcuddur.
Ölkədə müvafiq bankomatlar bu tendensiyaya uyğun artmaqdadır.
Bukel, Salvador vətəndaşlarının ABŞ dollarını “bitcoin”ə çevirərək, bunun vasitəsilə əllərindəki vəsaiti çoxaldıqlarını söyləyib.
Xatırladaq ki, Salvadorda “bitkoin” rəsmi valyuta olaraq qəbul edilib.
Xatirə, Bizim.Media