Avropada təbii qazın 1000 kubmetri bu ay ərzində ilk dəfə 1000 dollardan aşağı düşüb.
Bizim.Media xəbər verir ki, London birjasının məlumatlarına görə, bu gün Hollandiyanın TTF indeksi üzrə noyabr qaz fyuçerslərinin dəyəri 995,5 dollar təşkil edib.
Bu isə cümə günü ilə müqayisədə 5,3 faiz aşağıdır.
Xatırladaq ki, cəmi 5 gün əvvəl Avropada qazın qiyməti 1900 dollarlıq həddi keçərək, rekord qiymətə çatmışdı. Analitiklər qitədə mavi yanacağın qiymətinin hətta 2000 dollardan yüksək olacağını gözləyirdilər.
Xatirə, Bizim.Media