"Fitch Solutions" şirkəti bu il Azərbaycan iqtisadiyyatının 2,5%, 2022-ci ildə isə 3,3% böyüyəcəyini proqnozlaşdırır.
Bizim.Media-nın məlumatına görə, neft və qaza dayanıqlı tələbatı nəzərə alaraq, hazırda kontinental Avropada davam edən iqtisadi bərpa prosesləri Azərbaycanın xarici balansının statistikasına müsbət təsir göstərəcək.
Lakin yerli bazarda tələb COVID-19 pandemiyası səbəbindən daha yavaş templərlə bərpa olacaq.
Xatırladaq ki, cari ilin may ayında "Fitch Ratings" agentliyi Azərbaycanda bu il iqtisadiyyatın 2,1%, 2022-ci ildə isə 2,9% artacağını proqnozlaşdırıb.
Bizim.Media