“Tesla”-nın rəhbəri İlon Maskın sosial şəbəkədə it şəkli paylaşması kriptovalyuta bazarına ciddi təsir edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Maskın “Twitter”-də paylaşımından sonra SHIB adlı kriptovalyutanın qiyməti 300 faizdən çox artıb.
Bir həftə ərzində artım 340 faizə çatıb.
Dünyanın ən varlı adamları arasında yer alan İlon Musk bu addımı bitkoinə alternativ kritovalyutaların qiymətinin hərəkətləndirilməsi kimi qiymətləndirilib.
Qeyd edək ki, SHIB-ə it cinsinin adı verilib.
Xatirə, Bizim.Media