Brüsseldə 21-22 oktyabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) sammitinin iştirakçıları qazın qiymətlərini müzakirə edəcəklər.
Bizim.Media xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Çarl Mişel bildirib.
Onun sözlərinə görə, sammit zamanı İspaniya və Fransanın Aİ-nin enerji bazarında islahatlarla bağlı təklifləri müzakirə ediləcək.
Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 700 dolları ötüb.
Bizim.Media