Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 947 milyon 606 min 367 manat təşkil edib.
Bizim.Media BFB-yə istinadən xəbər verir ki, 11,9 milyard manat həcmində olan ümumi ticarət dövriyyəsinin 52 faizi dövlət qiymətli kağızlarının payına düşüb.
Repo əməliyyatları 45 faiz, korporativ qiymətli kağızlar isə 3 faiz əhatə edib.
Korporativ qiymətli kağızlar bazarının 6 faizi səhmlərin, 94 faizi isə istiqrazların payına düşüb. Korporativ qiymətli kağızlar bazarının 67 faizini ilkin bazar əməliyyatları qalan 33 faizini isə təkrar bazar əməliyyatları təşkil edib.
Xatirə, Bizim.Media